- 00:00
Azərbaycanda qadınların pensiya yaşı artırılıb.
E-huquq.az xəbər verir ki, iyulun 1-dən xanımların pensiyaya çıxma yaşı 64 il 6 ay olub.
Hazırda pensiya çıxma 64 yaşdır.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.