Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirdi


  • 3 İyul 22:08

Rusiyanın Bakıdakı konsulu Azərbaycanda saxlanılan ruslarla üç saatlıq görüş keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti həbs edilmiş Rusiya Federasiyası vətəndaşlarına konsulluq girişinin təmin edildiyini təsdiqləyir. Səfirliyin konsulluq şöbəsinin müdiri soydaşlarımızla üç saat söhbət edib", - deyə səfirlikdən bildirilib.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Oxşar xəbərlər