- 7 İyul 20:45
“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Xəzər dənizi, sərhədlərin delimitasiyası, beynəlxalq müqavilələr” mövzusunda altıncı paneli Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun əsas natiq qismində iştirakı ilə baş tutub.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Panel müzakirəsi çərçivəsində Xəzər dənizinin hüququ statusunun müəyyən edilməsi istiqamətində cari vəziyyət, Azərbaycan-Ermənistan arasında sərhəd delimitasiyası və demarkasiyası üzrə planlar, habelə ikitərəfli və çoxtərəfli beynəlxalq-hüquqi bazanın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.