- 13 İyul 13:49
Ukraynanın energetika naziri German Qaluşenko azərbaycanlı həmkarı Pərviz Şahbazovla təbii qaz təchizatı imkanlarını müzakirə etdiyini bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə o, Facebook səhifəsində məlumat verib
Qaluşenkonun sözlərinə görə, Azərbaycan Avropanın əsas enerji resursu tədarükçülərindən biridir və bu səbəbdən də tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərini gündəmə gətiriblər.
“Ukrayna təbii qazın hasilatı, saxlanması və nəqli sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür”, – deyə Ukrayna energetika naziri vurğulayıb.
O qeyd edib ki, Azərbaycan qazının Ukraynaya tədarükü məsələsi Avropanın enerji təchizatının şaxələndirilməsi strategiyası çərçivəsində nəzərdən keçirilib.