​​​​​​​“Azərbaycanın diplomatik uğurlarının təməli Heydər Əliyevin dövründə qoyulub”


  • 14 İyul 11:15

“Azərbaycanın diplomatik uğurlarının təməli Heydər Əliyevin dövründə qoyulub”.

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən iclasında Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin olunmasının növbəti ildönümü münasibətilə çıxışında səsləndirib.

Tural Gəncəliyev çıxışında bildirib: “Azərbaycanın ən böyük diplomatik nailiyyəti Vətən müharibəsində qazandığımız tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpası oldu. Hazırda Azərbaycan bir sıra beynəlxalq təşkilatlara üzv olaraq, dünya siyasətində fəal rol oynayır. Biz 44 günlük Vətən müharibəsi dövründə bu tarixi sınaqdan üzüağ çıxdıq. ATƏT-in Minsk qrupu kimi qeyri-effektiv qurumların fəaliyyətinə son qoyuldu. Azərbaycan bu gün diplomatik dialoqların aparıldığı, beynəlxalq əməkdaşlıqların qurulduğu nüfuzlu mərkəzə çevrilib. Bu isə ölkəmizin diplomatik uğurlarının yeni mərhələyə keçdiyinin əyani sübutudur. Bütün bu uğurların təməli məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər