"Daha heç kim bizi bu yerlərdən çıxara bilməz" - Azərbaycan Prezidenti


  • 18 İyul 17:13

"Bütün bu otuz il ərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq".

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xocalının Xanyurdu kəndində kəndə köçən bir qrup sakinlə görüşü zamanı bildirib.

"Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz", - Prezident İlham Əliyev vurğulayıb.

Oxşar xəbərlər