- 23:29
İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə çexiyalı həmkarı Yan Lipavski arasında telefon danışığı aparılıb.
XİN-dən e-huquq.az-a bildirilib ki, telefon danışığı zamanı, iki ölkə arasında siyasi, iqtisadi, enerji və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
Azərbaycan ilə Çexiya arasında mövcud siyasi dialoqun və məsləhətləşmə mexanizminin, eləcə də qarşılıqlı səfər və təmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb. Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.
Telefon danışığı zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.