Şahin Mustafayev İran səfiri ilə görüşdü


  • 29 İyul 19:30

Baş nazirin müavini Şahin Mustafayev İran Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə İran səfirlikməlumat yayıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıqda son vəziyyət müzakirə olunub.

Tərəflər ticarət, investisiya, nəqliyyat, energetika və infrastruktur layihələri üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini, eyni zamanda, əvvəlki sazişlərin icrası prosesinin sürətləndirilməsinin və iki ölkənin mövcud iqtisadi potensialından daha çox istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər