Məzmuna keç

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.

"Ukraynaya davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram",- deyə Y.Qusev vurğulayıb.