Məzmuna keç

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub.