- 18:51
Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.