- 02:36
ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatıb.
E-huquq.az xəbər verir ki, görüş 25 dəqiqə davam edib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri çərçivəsində Ağ Evə gəlib.
E-huquq.az-ın məlumatına görə, tərəflər arasında görüş başlayıb.
Görüşün əsas mövzusu Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları, Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında müqavilənin bağlanması, eyni zamanda ABŞ və Ermənistan arasında memorandumun imzalanmasıdır.