Məzmuna keç

Ədalətsiz 907-ci düzəlişin mənim iştirakımla ləğv edilməsi rəmzi xarakter daşıyır –

Ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz ofisdə mənim iştirakımla baş tutması, əlbəttə ki, çox rəmzi xarakter daşıyır.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

“Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o (ABŞ Prezidenti Donald Tramp – red.), mənim iştirakımla bunu etməyə qərar vermişdir”, – deyə Azərbaycan Prezidenti əlavə edib.