Türkiyə xarici işlər naziri Azərbaycanı təbrik etdi


  • 9 Avqust 09:19

Türkiyə xarici işlər naziri Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəmizi səmimi qəlbdən təbrik edib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefon danışığı aparıblar.

Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannaməninbölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindənirəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqmüzakirə olunub.

Oxşar xəbərlər