- 10 Avqust 20:29
“Ermənistan və Azərbaycan vətəndaşları arasında ikitərəfli ticarət başlasa, bu, ən etibarlı təhlükəsizlik təminatlarından biri olacaq”.
E-huquq.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu layihəni həm də təhlükəsizlik baxımından həyata keçiririk ki, daha çox Ermənistan vətəndaşı Azərbaycanın nəqliyyat infrastrukturundan qorxmadan istifadə etsin və əksinə. Biz təhlükəsizlik, sabitlik, sülh və təminatlardan çox danışırıq. Əgər on minlərlə Ermənistan və Azərbaycan vətəndaşı bir-birinin nəqliyyat infrastrukturundan istifadə etsələr və ikitərəfli ticarət olarsa, bu, təhlükəsizliyin ən etibarlı təminatlarından biri olacaq”, - Paşinyan bildirib.