- 10 Avqust 20:29
Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin mətni avqustun 11-də dərc ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
"Azərbaycanla əldə edilmiş razılaşmaya uyğun olaraq, paraflanmış sazişin mətni bazar ertəsi, 11 avqust axşamı dərc ediləcək", - qurumdan bildirilib.
Mətni Vaşinqtonda Ermənistan XİN başçısı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov imzalayıblar.
"Bu, həqiqətən də dünya üçün tarixi bir andır. Ermənistan, region və dünya üçün əhəmiyyətli və rəmzi bir gündür. Bu gün biz həmçinin daha möhkəm qarşılıqlı əlaqə, rifah və nəsillərimiz üçün daha yaxşı gələcək haqqında bəyan edirik", - Mirzoyan "X" sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.