Tokayev: Azərbaycan və Ermənistan arasında imzalanan bəyannamə tarixi nailiyyətdir


  • 9 Avqust 10:06

Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə tarixi nailiyyətdir.

E-huquq.az xəbər verir ki, bu barədə bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi dövlət başçısının adından açıqlayıb.

Tokayevin sözlərinə görə, bu sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və diplomatik münasibətlərin qurulmasına, onlar arasında davamlı sülh əsasında əməkdaşlığın inkişafına yol açıb.

Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında bu cür mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib, Almatıda sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.

Oxşar xəbərlər