- 10 Avqust 20:29
Böyük Britanyanın xarici işlər naziri Devid Lemmi Vaşinqtonda sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın XİN başçısı Devid Lemmi sosial şəbəkədəki səhifəsində bildirib.
O, bu irəliləyişin əldə olunmasının həyati rolunu təqdir etdiyini vurğulayıb:
“Hər iki tərəf öhdəliklərinə əməl etdikcə Birləşmiş Krallıq Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır”.