- 10 Avqust 20:29
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı və mərkəzi rolu ilə 2020-ci il noyabrın 10-da ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında danışıqlarla bağlı şərhində deyilir.
“Xatırlatmaq yerinə düşər ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı, mərkəzi rolu ilə 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi hərəkətlərə dair ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb”, - Rusiya rəsmisi bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh regional kontekstdə və maraqlar balansına əsaslanmalıdır. O əlavə edib ki, ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə layiqdir:
“Regiondankənar oyunçuların Cənubi Qafqazda həll yollarının axtarışına cəlb edilməsi yeni ayırıcı xətlər yaratmamalıdır. Rusiya Federasiyası əlavə olaraq Vaşinqtonun Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı bəyanatlarını təhlil edəcək”.