Quttereş Azərbaycanla Ermənistan arasında sülh bəyannaməsini alqışladı


  • 9 Avqust 20:57

BMT-nin Baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanın ABŞ-ın vasitəçiliyi ilə birgə bəyannamə imzalamasını alqışlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

BMT baş katibi bəyannaməni Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edib.

Açıqlamada deyilir: "Baş katib Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın davamlı dialoqa, qarşılıqlı etimad mühitinin yaradılmasına sadiqliyini və bu məsələdə irəliləyişə nail olmaq üçün Prezident Trampın səylərini alqışlayır. Baş katib BMT-nin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün bütün səylərə güclü dəstəyini bir daha bəyan edir".

Oxşar xəbərlər