- 10 Avqust 20:29
Roma Papası XIV Leo ənənəvi bazar günü “Angelus” xütbəsi zamanı Azərbaycan və Ermənistan arasında sülh bəyannaməsinin imzalanmasını alqışlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.
“Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqlarına görə təbrik edirəm. Bu addımın Cənubi Qafqazda uzunmüddətli sülhə töhfə verəcəyinə ümid edirəm,” – XIV Leo bildirib.