- 21:16
Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb.
Bu barədə e-huquq.az-a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.
***
Ermənistan Xarici İşlər Nazirliyi ATƏT üzvlərinə ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların buraxılması barədə birgə müraciət göndərib.
E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təşkilata üzv ölkələrə müvafiq qərar layihəsi də göndərilib.