- 14 Avqust 23:49
Sülh prosesindəki irəliləyiş ABŞ Prezidenti Donald Trampın aktiv diplomatiyaya qayıdışı sayəsində mümkün olub.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində deyib.
"Bunu yalnız Prezident Tramp etdi. O, dərhal sülh prosesinə qoşuldu", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, əgər Tramp 2020-ci il seçkilərindən sonra vəzifədə qalsaydı, yəqin ki, bu gün yaşananlar daha əvvəl baş verərdi.
Azərbaycan lideri həmçinin Cozef Bayden administrasiyası dövründə Azərbaycan haqqında ədalətsiz rəy formalaşdırıldığını söyləyib.
O, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində fəaliyyət apardığını və bu sahədə ABŞ ordusu ilə əməkdaşlıq etdiyini xatırladıb.