Azərbaycanla İraq arasında ikitərəfli məsələlər müzakirə olundu


  • 15 Avqust 22:19

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev İraqın təşkilatdakı yeni daimi nümayəndəsi Lukman Feyli ilə görüşüb.

E-huquq.az xəbər verir ki, azərbaycanlı diplomat bu barədə "X" hesabında paylaşım edib.

"İraq Respublikasının BMT-dəki yeni daimi nümayəndəsi, səfir Lukman Feylini ofisimizdə qarşılamaqdan, BMT-nin gündəliyinə dair qarşılıqlı maraq doğuran məsələlər və təşkilat çərçivəsində əməkdaşlığımızın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqdan məmnun oldum", - o bildirib.

Oxşar xəbərlər