Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirildi - VİDEO


  • 12:03

Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.

Təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.

Oxşar xəbərlər