Məzmuna keç

Prezident: Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması əməkdaşlıq üçün yeni imkanlar açır

Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır.

E-huquq.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə səsləndirib.

Azərbaycan-Türkmənistan münasibətlərinin yüksəliş dövrünü yaşadığını vurğulayan dövlətimizin başçısı əlavə edib: “Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik”.