- 12:39
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb.
E-huquq.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edərkən deyib.
Prezident qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.