- 14:10
“İnanıram ki, Cənubi Qafqaz çoxdan gözlədiyi sülhə qovuşacaq. Mən bunu dostum cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm”.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.Ərdoğan bildirib ki, Vaşinqton razılaşması Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını sürətləndirib:
“Azərbaycan və Ermənistan sülh yolunda maneələri böyük ölçüdə dəf edib və son mərhələyə çatıblar. Azərbaycan Prezidenti İlham Əliyevlə, sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla məzmunlu görüşüm oldu. Hər iki görüşdə də gördüm ki, Əliyevlə Paşinyan eyni mövqedədir. Eyni istiqamətə baxırlar".