- 18:40
Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi ilə bağlı açıqlama yayıb.
E-huquq.az xəbər verrir ki, Rusiya XİN-nin yaydığı açıqlamada 2025-ci ilin fevral ayından etibarən Rusiyanın sığorta şirkəti “AlfaStrakhovanie” ASC-nin Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərini həyata keçirdiyi bildirilir.
Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1,003 milyard rubl (20 milyon manat) məbləğində sığorta kompensasiyası ödənilib.
“Təyyarənin xəsarət almış sərnişinlərə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl (7,4 milyon AZN) sığorta ödənişi edilib. 15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Xəsarət alanlar və mərhumun yaxınları ilə kompensasiya məbləğlərinin tam həlli məqsədilə razılaşdırılması istiqamətində işlər davam edir”- deyə XİN -nin məlumatında bildirlir.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.