Hikmət Hacıyev ABŞ-də bir sıra görüşlər keçirdi - FOTO


  • 09:47

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat verib.

Görüşlə bağlı edilən paylaşımda bildirilir ki, tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin strateji önəmini, habelə onun Azərbaycan-ABŞ münasibətləri və regionda sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci maddənin ləğvinin vacibliyini qeyd edib və parlamentariləri Azərbaycana səfərə dəvət edib.

Oxşar xəbərlər