Paşinyan: ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə olmayıb


  • 10 Sentyabr 21:39

"Geriyə baxanda deməliyəm ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində faydalı heç nə görmürəm".

E-huquq.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, qrupun fəaliyyəti münaqişəni daha da dərinləşdirmək və nəinki Ermənistanı, bütün regionu nəzarətdə saxlamaqdan ibarət olub: "Qarabağ məsələsi artıq çoxdan həll olunmuşdu, lakin bu barədə bizə məlumat verilmirdi. Söhbət Ermənistanın özündən gedirdi. Ermənistanın ərazi bütövlüyünün parçalanması, suverenlik və müstəqilliyin itirilməsi riski vardı. Minsk qrupundakı bütün danışıqlar da bunun üzərində qurulmuşdu. Bizim asılılıqlarımızın ikiqat, üçqat, onqat artırılmalı idi. Bu gün Ermənistan həmişəkindən daha müstəqildir".

Oxşar xəbərlər