Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri müzakirə olunub


  • 14:19

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfəri çərçivəsində ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı daimi bümayəndəsi Vesa Hakkinen ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, bu çərçivədə Vesa Hakkinen ilə Vaşinqton görüşü müzakirə edilib.

Tərəflər Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun ləğvi barədə qərarın qəbul edilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri, hazırkı beynəlxalq mühitdə ATƏT-in dəyişən reallıqlara uyğunlaşaraq fəaliyyətini iqlim dəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik kimi mövzuları da əhatə etməklə iştirakçı dövlətlərin mənafelərinə uyğun istiqamətlərdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər