- 13:05
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə başlamağa hazırdır.
E-huquq.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz bu gün sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə başlamağa hazırıq", - XİN rəhbəri qeyd edib.
Ermənistan xarici işlər naziri türkiyəli həmkarının gələn ilin əvvəlində Bakı ilə sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı dediklərini təsdiqləməyib.
Mənbə: APA