Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib


  • 10:53

Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.

E-huquq.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan partiyasının qurultayında "artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində itkilərin olmadığını" bildirib.

O qeyd edib ki, Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.

"Sülh budur", - Paşinyan əlavə edib.

Mənbə: APA

Oxşar xəbərlər