Məzmuna keç

Azərbaycan və Pakistan XİN rəhbərləri Nyu-Yorkda görüşdü

Azərbaycan xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" hesabında paylaşım edib.

Paylaşımda qeyd olunub ki, görüş zamanı iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin güclü olduğu vurğulanıb.