Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olundu


  • 23:18

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə" medalı təqdim edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov medalı və müvafiq vəsiqəni M. Güraka təqdim edib.

Oxşar xəbərlər