Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızı medal qazanan idmançı Vəli İsrafilovu təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısı tviter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!".
