Məzmuna keç

Hidayət Orucov səfir vəzifəsindən geri çağırıldı

Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, H.Orucov 2012-ci ildə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.