Məzmuna keç

Şaiq Mirzəyev: “Vətən müharibəsi günlərində xalqımız milli birlik və həmrəylik göstərərək cənab Prezidentin ətrafında sıx birləşdi”

Xəbər verdiyimiz kimi, bu gün Qarabağ Dirçəliş Fondu ilə Azərbaycanın iri sahibkarlıq subyektlərinin rəhbərləri arasında görüş keçirilib.

E-huquq.az-ın məlumatına görüşdə çıxış edən "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü Şaiq Mirzəyev 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən danışıb. O bildirib ki, Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsidir.

"2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 gün müddətində azad edildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Vətən müharibəsi günlərində xalqımız milli birlik və həmrəylik göstərərək cənab Prezidentin ətrafında sıx birləşdi. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Qələbəmizin qazanılmasında birliyimizin rolu danılmazdır. Artıq ərazi bütövlüyünü bərpa edən Azərbaycan üçün prioritet məsələ azad edilmiş ərazilərə yenidən həyatın qayıtması, bu yerlərin yenidən abadlıq, quruculuq ünvanına çevrilməsidir. İndi həmin ərazilərində həyata keçirilən abadlıq-quruculuq işləri fonunda bu yerlərdə ən qabaqcıl tələb və standartlara uyğun infrastruktur sistemi qurulur, müasir yaşayış ünvanları salınır”, – deyə Şaiq Mirzəyev qeyd edib.