“İranda hansısa əyalət mollasının, generalın fikirləri Azərbaycanda gündəm yaratmamalıdır. Biz özümüz bölgədə gündəm yaradan dövlətik”.
E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, biz öz gücümüzü öz inkişafımıza yönəltməliyik: “Azərbaycan bizə qardaş olan dövlətlərlə əlaqələri gücləndirməlidir. Azərbaycan bizə qardaş olan dövlətlərlə, Səudiyyə Ərəbistanı ilə birlikdə Körfəzdə, Pakistanla birlikdə Pakistanda dünyaya sülh mesajları verməlidir. Azərbaycan artıq münaqişələrdən yorulub”.
