Prezident İlham Əliyev sərəncam imzaladı


  • 13 Oktyabr 2021 14:48

Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Oxşar xəbərlər