Baş nazir Əli Əsədov qərar imzaladı


  • 14 Oktyabr 16:41

“İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi təsdiq edilib.

E-huquq.az-ın məlumatına görə, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, məlumat bazasına inteqrasiya ediləcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və resursları müəyyənləşib.
Məlumat bazası aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və resurslarından istifadə etməklə elektron qaydada formalaşdırılır:

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 3.1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 3.1.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 3.1.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 3.1.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 3.1.6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti.

Oxşar xəbərlər