Məzmuna keç

Slovakiyanın XİN rəhbəri Azərbaycana gəlib

Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok Azərbaycanda rəsmi səfərdədir.

E-huquq.az xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Qeyd edək ki, oktyabrın 17-18-də İ.Korçok Gürcüstanda səfərdə olub.