Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
