“Maaşları artırmaqla Azərbaycan hökumətinin hədəfi ölkədə yaşayış səviyyəsini yaxşılaşdırmaqdır. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, aparılan siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəlməsinə xidmət edir”.
Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan iqtisadiyyatının inkişafı və xalqın rifahının yaxşılaşdırılması üçün atılan addımlardan danışarkən deyib.
O, hökumətin neft və qeyri- neft sektorunda əldə etdiyi uğurların həm büdcəmizə, həm vətəndaşların müsbət təsiri məsələsinə toxunub.
“Bildiyimiz kimi, soz zamanlar baş verən geokritik hadisələrlə əlaqədar neftin qiyməti qalxıb. Məhz həmin ərəfələrdə hökumət məvaciblərin qalxacağını anons verirdi. Və verdiyi vədə əməl edərək maaşlarda yüksək artım etdi. Bu gün hökümətin həmin qərarı təqdirəlayiqdir. TANAP, TAP layihəsi demək olar ki, başa çatıb. Bu layihələr Azərbaycana öz gəlirini verəndə məvaciblərə pensiyalara yenidən baxılacağını düşünürəm. Hökumətin sözünə əməl edərək qəbul etdiyi qərarlar bunu deməyə imkan verir”.
Politoloq qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər də göz önündədir: “Bakı- Tiblisi-Qars dəmiryolunun istifadəyə verilməsi ilə əməkdaşlığın başlanması Azərbaycanın tranzit ölkəyə çevrilməsinə stimul yaradır. Büdcənin doldurulması və büdcədən olan artımın da vətəndaşların təminatına xidmət edəcək. Xatırladaq ki, yaxın keçmişdə Azərbaycana fondlardan kredit təklifi gəlmişdi. Azərbaycanın gəlir səviyyəsi kifayət qədər yüksək olduğu üçün hökumətimiz bundan imtina edib. Bu, iqtisadiyyatımızın stabilləşməyə doğru getdiyini göstərir. Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatında olan dəyişikliklər də göz önündədir. Rusiyanın Almaniya arasında olan Baltik dənizi 2 layihəsinə ABŞ tərəfindən sanksiyalar qoyulub. Azərbaycanın Cənub Qaz Dəhlizi TANAP-TAP layihəsinə beynəlxalq dəstək var və bu dəstək həm Avropa İttifaqı tərəfindən, həm ABŞ tərəfindən, həm də Çin dövləti tərəfindən dəstəklənir. Əgər bu layihə Xəzərin dibində Türkmənistan və Qazaxıstan qazını TANAP-a birləşdirsə, Azərbaycan böyük bir tranzit dövlətinə çevriləcək. Qeyri neftin inkişafı büdcəmizin doldurulmasına ABŞ tərəfindən Ermənistana olan invistisiyaların azaldılması və kəsilməsi Azərbaycanın illik yardımının çoxaldılması Azərbaycan beynəlxalq imicinin qalxmasını və düzgün istiqamətdə inkişat etdirildiyini göstərir”.
Y. Bağırzadə Azərbaycan və Avropa ittifaqı arasında imzanılması gözlənilən saziş barədə də danışıb: “Bu saziş bütün sahələrdə Azərbaycanın inkişafına daha da təkan verəcək. İnanıram ki, yaxın gələcəkdə Avropa Ittifaqı ilə böyük müqavilənin bağlanmasının şahidi olacağıq”.
