Məzmuna keç

Ceyhun Bayramov NATO Baş katibi ilə Ermənistanla münasibətlərinin normallaşdırılmasını müzakirə etdi

19 iyul 2022-ci il tarixində Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri cənab Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberq ilə NATO-nun mənzil-qərargahında görüş keçirib.

Bu barədə e-huquq.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub.