Məzmuna keç

“Azərbaycan, Özbəkistan və Türkiyə tərəfdaşlığın gələcək yollarını müəyyən edir”

“Azərbaycan, Özbəkistan və Türkiyə qardaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edir”.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter"də yazıb.

“Həmkarlarım – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə Daşkənddə keçirilən Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 1-ci üçtərəfli görüşündə iştirak edirik. Azərbaycan, Özbəkistan və Türkiyə qardaşlıq və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edirik”, – paylaşımda deyilir.