Pakistan səfirliyimizə hücumu pislədi - VİDEO


  • 6 Avqust 2022 13:10

“Bu hadisə ən ciddi şəkildə öz qiymətini almalı, günahkarlar cəzalandırılmalıdır”.

E-huquq.az xəbər verir ki, ötən gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığındakı Azərbaycan səfirliyinə edilmiş hücuma münasibət bildirən Pakistanın Azərbaycandakı Səfiri Bilal Haye REAL eksklüziv açıqlamasında belə deyib.

"Biz ötən gecə bəzi radikal qüvvələrin Londondakı Azərbaycan səfirliyinə təcavüzü ilə bağlı məlumat aldıq. Diplomatik missiyalaırn qorunması yüksək tələblərə uyğun olmalıdır. Bununla bağlı öhdəliklərin yerinə yetirilməli idi. Bu hadisəni pisləyirik. Biz Britaniya Krallığındakı Azərbaycan səfirliyi əməkdaşlarının sağ-salamat olduqlarına çox sevinirik. Bu hadisə ən ciddi şəkildə öz qiymətini almalı, günahkarlar cəzalandırılmalıdır və öhdəliyi olan tərəf bu cür halların təkrarlanmasına yol verməməlidir".

Qeyd edək ki, avqust ayının 4-də buir qrup dini radikal Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.

Oxşar xəbərlər