İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul etdi - YENİLƏNDİ


  • 9 Avqust 2022 18:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

E-huquq.az xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb.

Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.

***

18.07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər