Məzmuna keç

Azərbaycan XİN İndoneziyanı təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İndoneziyanı ölkənin Milli Günü münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində paylaşım edilib.

“İndoneziyanın Milli Günü münasibətilə İndoneziya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli bayramınız mübarək, İndoneziya!”, – paylaşımda qeyd olunub.